Çərşənbə axşamı, 30 Aprel

Putinin "sevgilisinə" qarşı sanksiya: ABŞ niyə bunu etmədi?

image

ABŞ rəsmiləri rusiyalı gimnast Alina Kabayevanı sanksiyalar siyahısına salmağı planlaşdırırdılar, lakin Rusiya ilə münasibətlərin daha da pisləşəcəyindən ehtiyat edərək son anda fikirlərini dəyişiblər.

Xəbər verilir ki, bu barədə populyar “Wall Street Journal” öz mənbələrinə istinadən bildirib.

Qəzet qeyd edib ki, ABŞ hökumətində Kabayevanı Rusiya lideri Vladimir Putinin “məşuqəsi” və onun ən azı üç övladının anası adlandırırlar. ABŞ rəsmiləri deyirlər ki, o, Putinin xaricdə şəxsi sərvətini gizlətməklə məşğuldur.

Onlar hesab edirlər ki, Kabayevaya qarşı sanksiyaların tətbiqi Putinə elə bir şəxsi zərbə kimi qiymətləndiriləcək ki, bu, Rusiya ilə ABŞ arasında gərginliyin daha da artmasına səbəb ola bilər, ona görə də belə bir addım təxirə salınıb.

Halbuki Putin heç vaxt Kabayeva ilə münasibətini təsdiqləməyib.

Qəzetin mənbələrinin məlumatına görə, Kabayevaya qarşı sanksiyaların danışıqlar yolu ilə sülhə nail olmaq səylərini çətinləşdirə biləcəyi güman edilir.

Nəşrin yazdığına görə, ABŞ Maliyyə Nazirliyi Kabayevaya qarşı sanksiyaların tətbiqi ilə bağlı qərar hazırlayıb, lakin Ağ Evdə Milli Təhlükəsizlik Şurası onun adının siyahıdan çıxarılmasına qərar verib.

“Biz hələ də sanksiyalara məruz qalmamış bir sıra insanlara qarşı sanksiyalar hazırlamışıq və maksimum effekt əldə etmək üçün bu sanksiyaların nə vaxt tətbiq ediləcəyi barədə düşünməyə davam edirik”, - ABŞ hökuməti bildirib.

Mənbələrin bildirdiyinə görə, Kabayeva uzun müddətd İsveçrədə olub. O, Cenevrə yaxınlığındakı Kolonnada hündür hasarlı və helikopter meydançası olan malikanədə yaşayır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42